Dünyada qızlar gözəllik naminə sümüklərini kəsdirir, prosedurun qiyməti 16 min dollara çatır.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bütün dünyada qızlar xəyal etdikləri bel ölçüsünə sahib olmaq üçün kütləvi şəkildə qabırğalarını çıxartdırmağa başlayıblar.
Bildirilir ki, bəziləri cərrahi yolla aşağı qabırğalarını kəsdirir, digərləri isə daha fərqli üsula – “idarə olunan sınıqlara” əl atırlar.
Bu üsulda sümüklər çıxarılmır, lakin qızlar qabırğaların istənilən formada əyilərək bitişməsi üçün aylarla çox dar korsetlər taxırlar.
Bu cür ağrılı və təhlükəli prosedurların qiyməti 16 000 ABŞ dollarına qədər yüksəlir.
Xuraman Etibarlı
İnterpress.az