525.az saytına istinadən ain.az xəbər verir.
“Nəhayət işəgötürənlər üçün baş ağrısı olan bir problem də Əmək Məcəlləsinə edilən əlavə ilə aradan qalxacaq”.
Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov 525.az-a bildirib. Onun dediyinə görə, əmək məzuniyyətinə getmək üçün işçi ərizə ilə müraciət etməli idi. Etməyəndə işəgötürən onu əmək məzuniyyətinə göndərə bilmirdi. Bəzi işçilər də qəsdən məzuniyyətə çıxmayıb ilin sonunda kompensasiya alırdı:
“Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra müəyyən olunmuş qrafik üzrə əmək məzuniyyətinə getmək üçün ərizə yazmayanları işəgötürən öz əmri ilə əmək məzuniyyətinə göndərə biləcək”.
Sevinc QARAYEVA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.