AZ

Turistlərin NƏZƏRİNƏ: İstirahət zonalarında ölüm riski ARTIR

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Kvadrosikl yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsidir və onun təhlükəsiz idarəsi üçün fərdi qoruyucu vasitələrdən istifadə mütləqdir". Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.O, bildirib ki, sürücülər dəmir kask, əlcək, eynək, bizlik və səklik kimi avadanlıqları geyinməli, həmçinin geyimlərin təhlükəsizlik tələblərinə uyğun olmasına diqqət yetirməlidirlər:"Sürməzdən əvvəl bütün texniki parametrlər, start-stop, irəli və geriyə hərəkətlər, əyləc və sükan sistemi diqqətlə yoxlanmalıdır. Bundan sonra sərnişinlər üçün təhlükəsizlik təlimatı verilir ki, hər kəs sürməzdən əvvəl zəruri qaydalar barədə məlumatlı olsun. Bu tədbirlər qəzaların qarşısını almağa və hər iki tərəfin təhlükəsizliyini təmin etməyə imkan verir".Qeyd edək ki, son günlər istirahət məkanlarında və açıq ərazilərdə kvadrosikllərin nəzarətsiz şəkildə idarə olunması qəza risklərini ciddi şəkildə artırıb.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr