AZ

Duman və yağışda qəzaların artmasının əsas səbəbləri BƏLLİ OLDU

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Son günlər ölkədə dumanlı və yağışlı hava səbəbindən yol qəzalarının sayında nəzərəçarpacaq artım var”.Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O qeyd edib ki, duman yola baxışı zəiflədir, sürücülər qarşıdakı avtomobili gec görür və ani reaksiya vermək çətinləşir:“Digər səbəb yolun sürüşkən olmasıdır. Yağış həm asfaltı hamarlaşdırır, həm də təkərlərin yola yapışmasını azaldır. Bu da avtomobilin əyləci gec tutmasına və maşının idarəetmədən çıxmasına səbəb olur. Bir çox sürücü yağışda da, dumanlı havada da adi sürətlə davam edir. Halbuki belə havalarda sürət mütləq azaldılmalıdır. Bəzi sürücülər duman işıqlarını yandırmır, bəziləri isə uzaq işıqdan istifadə edir ki, bu da qarşıdan gələn avtomobillərin gözünü qamaşdırır. Duman və yağış zamanı sürücülər sürəti azaltmalı, məsafəni artırmalı, faraları düzgün işlətməli və avtomobilin texniki vəziyyətinə diqqət etməlidirlər. Bu qaydalar adi görünə bilər, amma belə havalarda hər biri həyat xilas edən amilə çevrilir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
demokrat.az

1Mənbələr