AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, söhbət Almaniyanın üzərinə düşəcək 52 milyard avrodan gedir.
“Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə 210 milyard avroya qədər fərdi dövlət zəmanəti vermək istəyir ki, bunun da 52 milyardını Almaniya təmin edəcək. Yalnız Rusiya kompensasiya verəcəyi təqdirdə Kiyevin bu krediti ödəyəcəyi gözlənilir. Avropa Komissiyası (AK) bu hesablamaları Ukraynaya 165 milyard avroluq “təzminat” kreditinin ayrılması planını açıqladıqdan sonra diplomatlarla görüşdə təqdim edib”,- qəzet yazır.
Lakin bu mexanizm hələ Belçikanın baş naziri Bart de Veverlə razılaşdırılmalıdır. Vever isə Brüsselin hər hansı potensial, o cümlədən hüquqi iddialara görə Moskvaya təzminat ödəməli olacağı riski təhlükəsi səbəbindən buna qarşı çıxır.
Dekabrın 18-də Aİ liderləri Bart De Veveri milli fondlar əvəzinə Rusiya aktivlərindən istifadəni dəstəkləməyə inandırmalı olacaqlar.
- Keçən həftə Almaniya kansleri Fridrix Merts Brüsselə səfəri zamanı Berlinin ümumi “təzminat” kreditinin 25%-ni öz üzərinə götürməyə hazır olduğuna Belçikanın baş nazirini şəxsən əmin edib”,- nəşr vurğulayır.
“Politico” yazır ki, bəzi Aİ ölkələri, məsələn, Macarıstan proqramda iştirakdan imtina edərlərsə, qalan ölkələrin təminat payı artırıla bilər. AK həmçinin Aİ üzvü olmayan ölkələrin bəzi öhdəlikləri öz üzərinə götürməsinə icazə verir, lakin əvvəllər potensial iştirakçı hesab sayılan Norveç artıq bu ideyadan uzaqlaşıb.
Dekabrın 3-də AK Ukrayna üçün iki maliyyə variantını, o cümlədən Rusiyanın aktivləri hesabına maliyyələşdirilən “reparasiya krediti”ni təsdiqləyib. Qərar“ixtisaslı səs çoxluğu” tərəfindən təsdiqlənməlidir və Aİ-nin bütün üzv dövlətlərinin razılığı tələb olunmur.
Alternativ variant kimi AK Kiyevə Aİ büdcəsindən borc götürməklə kredit verməyi təklif etsə də,Macarıstan bu planı bloklayıb.
Rusiyanın dondurulmuş aktivlərinin ən çoxhissəsinin saxlandığı Belçikanın “Euroclear” maliyyə qurumu, Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Mərkəzi Bankı (AMB) da həmin vəsaitlərin müsadirəsinə qarşı çıxıb. AMB-ninrəhbəri Kristin Laqard bildirib ki, bu addımınhüquqi və maliyyə əsaslandırılmasının heç də inandırıcı görünmür.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta