AZ

Azərbaycan dilinin sosial şəbəkə platformalarına inteqrasiya edilməsi istiqamətində addımlar atılmalıdır – Elçin Mirzəbəyli

Bakı. Trend:

Əsas məsələ bizim dilin tətbiqi ilə bağlı sürətdə geriqalmağımızdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ElçinMirzəbəyli parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişafstrategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsredilən Konfransda çıxışı zamanı deyib.

Komitə üzvü bildirib ki, hazırda Azərbaycan dilinin normalarıdaha çox internet resurslarında pozulur:

“Təxminən 15 il bundan əvvəl Azərbaycanın çap mediasında dilinqaydalarının pozulması ilə bağlı müzakirələr aparırdıq. Artıq 15 ilbundan öncə internet resurslarında Azərbaycan dilinin normalarınınpozulmasının şahidi olurduq. Nəticə etibarilə, biz hadisələrdən hərzaman 15 il geri qalırıq. Necə ki Azərbaycan dilindəki lüğətlərinternetə 15 il bundan qabaq inteqrasiya olunmalı idi, lakin hələindi prosesə hazırlıq istiqamətində addımlar atılır. Olsun, gecdeyil, amma bu proses fərqli istiqamətdə inkişaf etsə, daha doğrusumövcud platformalar əsasında həyata keçirilsə, daha yaxşıolar”.

Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan dilininnormalarının ən çox pozulduğu məkanlar sosial şəbəkələrdir.

“Azərbaycan dilinin həmin platformalara inteqrasiya edilməsiistiqamətində addımlar atılmalıdır. Tutaq ki, lüğətlər fərdiqaydada formalaşdırıldı, onlayn lüğətlər yaradıldı. Onlarınistifadəsi ilə bağlı prosesin bundan sonra sürətləndirilməsiistiqamətində addımların atılması üçün də kifayət qədər zamanlazımdır. Hazırda mövcud olan platformalar var. Dilin həminplatformalara inteqrasiya etməsi yeni nəslin, təkcə Azərbaycandadeyil, ölkədən kənarda yaşayan soydaşlarımızın da öz dilini dahadərindıən öyrənməsinə zəmin yaradacaq”, - deyə deputat fikrinitamamlayıb.

Seçilən
15
az.trend.az

1Mənbələr