AZ

Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 9 santimetri keçib

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 8-i saat 12:00-a olan məlumata əsasən, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə edilir.

Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 millimetr olub.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən, hazrda Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 santimetri keçib.

 

 

Seçilən
58
6
azertag.az

7Mənbələr