AZ

Çinin keçmiş idman naziri edam cəzasına məhkum edilib

Pekin, 8 dekabr, AZƏRTAC

Çin məhkəməsi ölkənin Baş İdman Administrasiyasının keçmiş rəhbəri Qou Conven haqqında edam cəzası verib.

AZƏRTAC xəbər verir ki, məhkəmə sabiq məmuru 236 milyon yuan (təxminən 33,4 milyon ABŞ dolları) məbləğində korrupsiya əməllərində təqsirli bilib.

Məhkəmə prosesində Qou Convenin ölkənin idman qurumunun rəhbəri və Pekinin vitse-meri vəzifələrində işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət aldığı sübuta yetirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Seçilən
57
6
azertag.az

9Mənbələr