AZ

Yük maşınından düşən su çəni sürücüyə çətin anlar yaşatdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda baş verən hadisənin görüntüsü anbaan avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 7-də, paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, yük maşınında bərkidilməmiş vəziyyətdə daşınan plastik su çəni qəfildən yola düşüb. Bu zaman arxadan gələn "Chevrolet" markalı avtomobilin qarşısına çıxaraq sürücüyə çətin anlar yaşadıb. Sürücü son anda sağa manevr edərək qəzadan yayına bilib.

"Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsində qeyd olunub ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr