Türkiyə turizm sənayesində liderliyini qoruyub saxlayir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Euromonitor International tərəfindən dərc edilən Top 100 Şəhər Təyinatları İndeksi 2025 hesabatına görə, İstanbul və Antalya dünyanın ən çox xarici turist cəlb edən ilk 10 şəhəri arasında yer alıb.
Hesabatda Türkiyənin həm ziyarətçi sayı, həm də turizm cəlbediciliyi baxımından yüksək reytinqə imza atdığı açıqlanıb.
Hesabata görə, İstanbul 19,7 milyon beynəlxalq ziyarətçi ilə qlobal miqyasda 5-ci, Antalya isə 18,6 milyon ziyarətçi ilə 8-ci yerdə qərarlaşıb.
Beləliklə, Türkiyə hər iki şəhərlə qlobal turizm səhnəsinə təsirini gücləndirib.
Siyahıda 30,3 milyon ziyarətçi ilə Banqkok, ilk dördlükdə Honkonq, London və Makao yer alıb. Lakin hesabatın ən diqqət çəkən tərəfi Türkiyənin turist sayı baxımından Avropa və Aralıq dənizində liderliyə sürətlə yüksəlməsi olub.
Süleyman