"Avropa Ağ Evlə ardıcıl ünsiyyətin olmamasından və ABŞ prezidenti Donald Trampdan narazıdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Politico"ya adı açıqlanmayan avropalı diplomat deyib.
"Biz tez-tez ehtiyatsızlıqdan yaxalanırıq. Bu, Trampın təbiətidir", - o vurğulayıb.
Diplomat qeyd edib ki, daha mühüm problem Ağ Evlə daimi əlaqənin olmamasıdır.
Onun sözlərinə görə, bu, Avropa tərəfinin ABŞ-dən məlumat almasını və mövqeyinin Vaşinqtona çatdırılmasını təmin etməyi çətinləşdirir.