AZ

XİN başçısı: Azərbaycan–İran siyasi dialoqu intensiv davam edir

BAKI, 8 dekabr. TELEQRAF

"Azərbaycan və İran arasında ikitərəfli siyasi dialoq intensiv şəkildə davam etdirilir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə əsasən, bu il iki ölkə arasında iqtisadi komissiyaların fəaliyyəti yüksək qiymətləndirilib:
“2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib, cari ilin ilk 10 ayında isə bu rəqəm 520 milyon dollara çatıb. Biz bu göstəricinin artırılması üçün atılan addımları müzakirə etdik. Bir çox layihələrin uğurla icra olunması müsbət dəyərləndirildi”.

Seçilən
70
teleqraf.com

1Mənbələr