AZ

Naxçıvanda qış havası hökm sürür

Naxçıvada qeyri-sabit hava şəraiti davam edir.

"Yeni Sabah" xəbər verir ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 mm olub.

Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 sm-i keçib.


Telegram kanalımız
Seçilən
89
2
yenisabah.az

10Mənbələr