Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb Nüşabə adlı xanımın onun mahnısını oxuması olub:
“Kim icazəsiz mahnılarımı oxumuşdu, hamısını yutubdan sildirdim. Könül Kərimova da buna görə məni blok edib.
Nüşabə adlı bir xanım mahnımı oxumuşdu, qıza xəbər göndərildi ki, mahnının müəllifi Nazilə Səfərlidir, silməlisiniz. O da dedi ki, mən Könül xanımdan icazə almışam. Dedim, o zaman ödəniş edin, dedilər ki, bu artıq işlənmiş mahnıdır. Könül xanım da dedi mən icazə vermişəm, kasıb qızdır. Onda mən artıq mahnını sildirmişdim. O da sözünü yerə saldığıma görə məni blok etdi. Halbuki məni saymayan siz idiniz”.
Aydan Hacı
Telegram kanalımız