Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9-10 dekabr tarixlərində İstanbulda keçiriləcək görüş çərçivəsində mövcud və potensial əməkdaşlıqları müzakirə etmək üçün səfərdə olan nazirlərlə ikitərəfli görüşlər keçirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin müvafiq nazirliyinin açıqlamasında qeyd edilib.
Türkiye tərəfindən təşkil olunacaq görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi, TDT üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də TDT Müşahidəçi üzvləri olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası iştirak edəcək.
İki günlük müzakirələrin bir hissəsi olaraq, 9 dekabrda texniki Enerji İşçi Qrupunun Görüşü, ardınca isə 10 dekabrda nazir Bayraktarın ev sahibliyi etdiyi Nazirlər Görüşü keçiriləcək.
Görüşdə bərpa olunan enerji mənbələri, neft və təbii qaz, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, ağıllı şəbəkələr, enerji saxlama, hidrogen və karbon tutma ilə əlaqəli enerji texnologiyaları, vacib minerallar və nadir torpaq elementləri daxil olmaqla, enerjinin bütün sahələri müzakirə olunacaq və qiymətləndiriləcək.
Türk dövlətlərinin çətiri altında enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.