AZ

Ev turşuları hər fəsil niyə zəhərlənməyə səbəb olur? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Bərdədə bir ailənin dörd nəfəri pomidor turşusundan zəhərlənib. Təəssüf ki, belə hallar demək olar ki, hər fəsil baş verir”.Bunu qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, səbəb isə turşuların təhlükəsizlik qaydalarına uyğun hazırlanmadığı üçündür:“ Ev turşularında ən böyük risk botulizm adlanan zəhərlənmədir. Bu mikrob havasız bankada çoxalır və çox təhlükəlidir. Turşu hazırlayanda kifayət qədər sirkə, duz və təmiz qabdan istifadə olunmalıdır. Bankalar yaxşı sterilizasiya edilməlidir. Pomidor turşusu daha risklidir, çünki pomidor çox turş deyil. Ona görə əlavə sirkə və ya limon duzu vacibdir. İnsanlar tərəvəzləri yaxşı yuyanda, köhnə qapaqdan istifadə edəndə və ya bankanı tam qaynatmayanda zəhərlənmə riski artır. Zəhərlənmə əlamətləri – ürəkbulanma, qusma, qarın ağrısı, halsızlıq başlayanda bunu “adi mədə pozuntusu” kimi qəbul etmək olmaz. Dərhal həkimə getmək lazımdır. Ev şirniyyatları və turşuları hazırlayanda qaydalara əməl edilməlidir. Qapağı şişmiş, qoxusu dəyişmiş, rəngi fərqli olan turşular qətiyyən istifadə olunmamalıdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
2
demokrat.az

8Mənbələr