AzVision.az -ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan tarixi fənninin tədrisinə xüsusi önəm veriləcək: "Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır. Azərbaycan dilinin tədrisi zamanı dinləmə, danışmma, oxu-yazı qaydalarının düzgün tədrisindən danışırıq. Müxtəlif maraqları təmsil edən insanlar tərəfindən 6-7 yaşlı uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyuruq. Bunun üçün düzgün mütəxəssislərə və metodikaya ehtiyac var".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta