AZ

"Qarabağ" - "Ayaks" oyunu sloveniyalı hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" matçının təyinatları açıqlanıb.

Fanat.Az-ın məlumatına görə, oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Qreqa Kordeş köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.
 

Seçilən
36
12
fanat.az

10Mənbələr