"Azərbaycanda bütün dükanlar niyə "market" adlandırılmalıdır?"
Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
O bildirib ki, bunu turistlərlə əlaqələndirmək doğru deyil:
"Məgər, turist bunu ayırd edə bilmir? Turist bu qədərmi kütdür ki, qarpız-yemişi digər satış məntəqələrindən ayıra bilməsin? Niyə mütləq market olmalıdır? Bu kimi sözlər televiziya və radio vasitəsilə dilimizə daxil olur. Yəni bütün bu misallardan başqa, rus dilindən biz cəmi 6-7 söz - kolxoz, komsomol və s. almışdıq. Həmçinin ingilis dilindən nə qədər artıq sözlər keçib. Bunların qarşısını almalıyıq. Düzdür, beynəlxalq terminlər var, amma ingilis dilindən də hər sözü lüğətimizə daxil edə bilmərik".
Oxu.az