AZ

Ukraynanın keçmiş XİN rəhbəri nəyə görə cəbhədə olmadığını açıqlayıb

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, ona orduya getmək üçün çağırış bildirişi gələndə qaçmayacaq.

Herbiand.az bildirir ki, Kuleba bu barədə “Randevu”un aparıcısı Yanina Sokolovaya müsahibəsində bildirib.

“Mən Ukraynada yaşayıram və çağırış bildirişi gələndə xaricə qaçmayacam. Həyatımın iki il yarımını müharibəyə həsr etdim, ilk gecədən, hansı ki, heç kim bizim dözə biləcəyimizə inanmırdı”, - o qeyd edib.

Keçmiş nazir əlavə edib ki, məhz uzun müddət müharibə ilə məşğul olduğu üçün döyüşməyə könüllü olaraq getməyib: “Mən könüllü olaraq getmədim, çünki iki il yarım müharibə ilə məşğul olmuşam. Lakin səfərbərlik vaxtı gələndə bundan qaçmaq üçün heç nə etməyəcəm”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
55
herbiand.az

1Mənbələr