Azərbaycan dilində rəsmi üslub bərbad gündədir.
KONKRET.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı adi bir ərizə nümunəsinini misal göstərmək kifayətdir: “Yazıb sizə bildirirəm ki… Bu, nə dərəcə doğrudur? Buna da yenidən baxılmasını məqbul hesab edirəm”.
Professor diqqəti Azərbaycan dilinin Orfoqrafiya lüğəti ilə bağlı son işlərə yönəldib:
“Azərbaycan dilində 80 min söz olduğu bildirilirdi. Ancaq bazaya yerləşdirdiyimiz sözləri ələkdən keçirmişik. Hazırda əlimizdə Azərbaycan dilinin 220 min işlək sözü var. İndi bu sözlərin emal olunması ilə məşğuluq”.