Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistan Baş naziri Nikol Paşinyan kilsə rəhbərliyi ilə dərinləşən qarşıdurma fonunda yeni təşəbbüslə çıxış edib.
O, sosial şəbəkələrdə paylaşdığı açıqlamasında ölkədəki bütün kilsələrin yaxınlığında və ya içərisində Ermənistan dövlət bayrağının yerləşdirilməsi məsələsinin müzakirəyə çıxarılmasını təklif edib.
Paşinyan bununla yanaşı, pataraklardan əvvəl bütün kilsələrdə Ermənistan Respublikasının dövlət himninin səsləndirilməsi təşəbbüsünü də irəli sürüb.
Paşinyan may ayından bəri katolikosun kilsə nizamnaməsini və xüsusilə də ruhanilərin öhdəsinə düşən “küsakronluq” vədini pozduğunu, buna görə də vəzifədən getməli olduğunu iddia edir. Bu həftə isə parlament tribunasından Paşinyan katolikosu “agent fəaliyyəti” ilə də suçlayıb.
Artıq dörd ruhani müxtəlif ittihamlarla həbs edilib. Onlar irəli sürülən ittihamları qəbul etmir və siyasi təzyiq kimi qiymətləndirirlər.
Eçmiədzin isə hakimiyyətin bu addımlarını “şinsi və saxta” adlandıraraq kəskin etirazını bildirib.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.