AZ

“Atamın nə edəcəyini heç kim bilmir” Trampın oğlu da özü kimi dolaşıq danışıb

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh prosesindən çıxması gözləniləndir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Donald Trampın eyni adı daşıyan oğlu Dohadakı çıxışı zamanı deyib.

Anti-Ukrayna mövqeyini heç vaxt gizlətməyən Trampın oğlu, atasının qeyri-müəyyən və xaotik xarakteri ilə “fəxr edərək”, bunu “unikal cəhət”adlandırıb: "Atamın ən gözəl və unikal cəhəti odur ki, onun nə edəcəyini heç vaxt bilmirsən. Onun gözlənilməz olması hər kəsi intellektual və səmimi davranmağa məcbur edir".

Trampın oğlu bunu atasının Ukraynadakı sülh prosesindən çıxıb-çıxmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

O həmçinin iddia edib ki, Ukraynada müharibəni davam etdirən Prezident Volodimir Zelenskidir: “Çünki başa düşür ki, daha seçkidə qalib gələ bilməyəcək”.

Daha sonra Putin və Rusiya ilə bağlı dolaşıq fikirlər bildirən Trampın oğlu deyib: "Putin öz sənayesini qururdu. Və nəticədə milyonlarla boş yerə ölən gənclər var”.

Onun fikrincə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları da işə yaramır: "Onların nail olduğu tək şey neft qiymətlərini şişirtməkdir, ona (Putinə - red.) müharibənin xərcini qiymət fərqi ilə ödəməyə və eyni zamanda istehsalı artırmağa imkan verməkdir".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
azpolitika.info

1Mənbələr