
“Monterrey”in ispaniyalı müdafiəçisi Serxio Ramos klubdan gedəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Ramos bu qərarı “Monterrey”in “Toluka”ya 2:3 hesablı məğlubiyyətindən sonra qəbul etdiyini bildirib.
O, bu oyunun Meksikadakı son oyunu olduğunu bildirib.
“Aydındır ki, bu, Meksikadakı son matçım idi. Məyus olduq, amma təmiz vicdanla meydanda hər şeyi etdik”, - Ramos qeyd edib.