AZ

6 bank VAIS sisteminə qoşulub - AMB rəsmisi

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Gömrük Komitəsi (DGK)tərəfindən elektron formada banklar və sığorta şirkətləritərəfindən gömrük qarantiyalarının və sığortaların təqdimedilməsini nəzərdə tutan layihə həyata keçirilməkdədir.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəsmisi Müşfiq Kərimovbu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq vəEtimad" tədbirində bildirib.

"Mərkəzi Bankın Dövlət Gömrük Komitəsi ilə birgə bir layihəsivar. Bu layihə elektron formada banklar tərəfindən gömrükqarantiyalarını və sığorta şirkətləri tərəfindən sığortalarıntəqdim edilməsini nəzərdə tutur. Hazırda banklar VAIS (VahisAvtomatlaşdırılmış İnformasiya Sisteminə) sisteminə inteqrasiyaprosesindədirlər. Hazırda 6 bank tam araq bu sistemə inteqrasiyaedib. Həmin banklar biznes subyektlərinin 80%-nə xidmət edir. Digər3 bank test rejimindədir, yaxın vaxtlarda bu sistemə inteqrasiyaedəcəkləri gözlənir. Test rejimində bir sığorta şirkəti də var ki,bu sistemə qoşulacaq. Bu sistemin ən böyük üstünlüyü qısa müddətdəgömrük prosesinin keçirilməsi, avtomatlaşdırılma və 7/24 rejimindəfəaliyyət göstərməsidir", - o bildirib.

"Mərkəzi Bank tərəfindən həyata keçirilən sahibkaryönümlüislahatlar, elektron inteqrasiya layihələri gömrük proseslərinin dəmodernləşdirilməsində mühüm mərhələdir. Ticarət axınları yalnıztexniki infrastrukturdan asılı deyil, həmçinin rəqəmsallaşma dabunun bir hissəsidir. Bank qaratiyalarının və sığortamüqavilələrinin elektron inteqrasiyasından danışıldı vəüstünlükləri qeyd edildi. Bunlar özlüyündə bir zəmanət formasıdır.Ümumiyyətlə, Orta dəhliz boyu ticarət axınlarının, logistikanıninkişafını görürük. Düşünürəm ki, regionda yeni bir logistikamodeli formalaşır. Bu modelin yaranması dəlalət edir ki, ticarətaxınlarında ödənişlərin edilməsi üzrə zəmanət sistemi vacib olsun",- AMB rəsmisi vurğulayıb.

Məqalədə:
Seçilən
26
2
az.trend.az

3Mənbələr