AZ

Aİ-nin 7 ölkəsindən Avropa Komissiyasına ÇAĞIRIŞ: Rusiya aktivləri Ukraynaya verilsin

Liderlər dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə kredit verilməsini sürətləndirməyi tələb edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Avropa İttifaqına (Aİ) üzv olan 7 ölkə – Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveç Avropa Komissiyasının rəhbərliyinə müraciət ünvanlayıb.

Liderlər məktubda Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Kiyevə “təzminat krediti” ayrılması barədə qərarın qəbulunu sürətləndirməyi tələb ediblər.

Müraciətdə qeyd olunur ki, Ukraynaya dəstək vermək “mənəvi borc və Avropanın öz təhlükəsizliyi məsələsidir”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr