AZ

"Pentaqon" Ukraynaya böyük yardım ayırır

Bu barədə ABŞ Konqresinin saytındaməlumatyayımlanıb. Bildirilib ki, 2026 və 2027-ci illərdə nəzərdə tutulan yardım Kiyevə hər il üzrə yarıbayarı çatdırılacaq. Hazırda yardım paketinin bu həftə Konqresdə səsvermədən keçməsi gözlənilir.

Qanun layihəsində həmçinin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi məsələsinə də toxunulacaq. Belə ki, ABŞ müdafiə naziri Kiyevə kəşfiyyat dəstəyinin dayandırılması barədə həm Nümayəndələr Palatasına, həm də Senata hesabat verəcək.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp ötən günlərdə "Vaşinqtonun artıq Kiyevə maliyyə yardımı göstərməyəcəyini" bildirmişdi:
Tramp:"Ukrayna üçün bir qəpik də xərcləmirik"

"Ukraynaya yalnız NATO alyansı xətti ilə silah-sursat satırıq. Co Baydenin dövründəki kimi daha soyulmuruq. O, hər kəsə, əlimizdə nə varsa, hamısını, hətta raketləri pulsuz, kompensasiyasız verirdi. Həmin vaxt bu mətləblərdən xəbərsiz idim".

Firudin Həmidli
AzVision.az
Seçilən
32
1
azvision.az

2Mənbələr