Bakı. Trend:
Təchizat zəncirinin maliyyələşdirilməsi konteksində hazırdaqanunverici və requlyativ baza hazırlanır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəsmisiMüşfiq Kərimov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025:Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən təchizat zəncirininmaliyyələşdirilməsi, İslam bankçılığı, kredit reytinq sistemininyaradılması üzrə müvafiq tədbirlər görülür: "Qeyd olunantəşəbbüslərin icrasında Mərkəzi Bank bir sıra hədəflər müəyyənedir. Bu hədəflərin əsasını maliyyə əlçatanlığının artırılması vəvəsaitlərin dəyərinin aşağı salınması təşkil edir.
Bu işlərin səmərəli görülməsi məqsədilə AMB iki istiqamətdəişlərin görülməsini nəzərdə tutur. Birincisi, qeyd edilən maliyyəmənbələrinin, maliyyə mənbələrinin sayının artırılmasıdır. Bununüçün müvafiq normativ və qanunvericilik bazasının yaradılmasınəzərdə tutulur".
"Digər məsələ, digər dövlət qurumları ilə inteqrasiyası vərəqəmsallaşma hesabına şəffaflığın artırılmasıdır.
Təchizat zəncirinin maliyyələşdirilməsi konteksində hazırdaqanunverici və requlyativ baza hazırlanır. Bununla bağlı bir sıraməhsullar irəli sürülüb. Sadə dillə desək, sahibkarlar debitor borcsənədi ilə maliyyələşdirilmə mənbələri cəlb edə bilərlər.
Qeyd olunan istiqamətdə işlər görülür və hazırda müvafiq dövlətqurumları ilə razılaşdırılma mərhələsindədir", - AMB rəsmisivurğulayıb.
"Eyni zamanda Mərkəzi Bank tərəfindən milli kredit reytinqmexanizmi tətbiq edilib. Bununla bağlı işlər aparılmaqdadır. Bumexanizm qabaqcıl beynəlxalq reytinq sistemlərinin tətbiq etdiklərimexanizmi özündə ehtiva edir.
Bu mexanizm sektorda şəffaflığı artıracaq və bunun nəticəsindəkredit riskinin azalmasına gətirib çıxaracaq. Bu da nəticəetibarilə faiz dərəcələrinin aşağı salınmasına səbəb olacaq", - AMBrəsmisi vurğulayıb.