Dilin yüksək səviyyədə tədrisi üçün ali məktəblərə qəbulda Azərbaycan dili ixtisasına qəbul balını qaldırmaq zəruridir.
Ölkə.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmirullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
“Artıq bu istiqamətdə addımlar atılır. Məqsədimiz ali məktəblərə Azərbaycan dili ilə bağlı qəbul planını azaltmaq və balı qaldırmaqdır”, - deyə o bildirib.