Böyük Britaniya hökuməti Britaniya və İrlandiya sularında kritik infrastrukturu düşmən sualtı qayıqlarından qorumaq üçün proqram təqdim edib...
Poliqon bu barədə Britaniyanın Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Atlantic Bastion” adlanan proqramda modernləşdirilmiş Type 26 sualtı qayıq əleyhinə freqatlardan, P-8 Poseidon sualtı qayıqlara qarşı təyyarələrdən və sualtı kabelləri və boru kəmərlərini qorumaq üçün akustik sensorlu ən son avtonom sualtı dronlardan istifadə ediləcəyi gözlənilir.
Böyük Britaniyanın müdafiə naziri Con Hill bildirib ki, Atlantic Bastion müasir avtonom sistemlər və süni intellekt (AI) texnologiyalarının dünya səviyyəli döyüş gəmiləri və təyyarələri ilə qarışığıdır.
Poliqon.info