AZ

"8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən etmişik" - Nazir

"Məzmun nə olursa-olsun, dərslik nə qədər səmərəli yazılsa da, sonda sinif otağında ən vacib rolu oynayan müəllimdir. Müəllimlərlə bağlı son illərdə keçirilən sertifikatlaşdırmada təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən edib müqavilələrinə xitam vermişik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Onlardan 5 minə yaxını ibtidai sinif, 1000 nəfərə qədəri isə Azərbaycan dili müəllimləri idi. Müəllimin özünün səriştəli olmağı minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur. Düzgün qoyulmadıqda növbəti mərhələlərdə həmin təhsilalanda bacarıqların inkişafı da problemli olur”, - deyə nazir bildirib.

Anar Kəlbiyev

Seçilən
31
unikal.az

1Mənbələr