Bərdədə qidadan zəhərlənən bir ailənin üzvü evə buraxılıb.
"Yeni Sabah" TƏBİB-ə istinadla xəbər verir ki, Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəlüldlü Elza, oğlu 1994-cü il təvəllüdlü Şəmistan və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndindəki evlərində qidadan (pomidor turşusu) zəhərlənməilə xəstəxanaya gətiriliblər.
Telegram kanalımız