"Müşahidələr onu göstərir ki, ənənəvi Azərbaycan müəlliminin sinif otağındakı davranışı ilə bugünkü məzmun arasında kifayət qədər fərqlər var, onları da problem kimi qeyd etməliyəm. İlk növbədə Azərbaycan dilinin tədrisi zamanı dinləmə və danışma, oxu, yazı dil qaydaların düzgün tədrisindən danışırıq. Bir çox hallarda müxtəlif maraqları təmsil edən insanlar tərəfindən şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi yük və gözlənti qoyurlar".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Biz 6 yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik. Biz 6 yaşlı uşaqda dilə sevgi formalaşdırmaq üçün ilk növbədə dil bacarıqları formalaşdırmalıyıq. Bu daha çox pedoqoji prosesdir. Siyasi-ictimai proses deyil. Biz geniş siyasi nitqlər, ictimai çağırışlarla 6 yaşlı uşağı daha yaxşı Azərbaycan dilində danışmağa sövq edə bilmərik. Bunun üçün müəllim, düzgün metodikaya ehtiyac var”, - nazir bildirib.
Anar Kəlbiyev