AZ

Turşudan zəhərlənənlərin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, Bərdədə 4 nəfər qidadan zəhərlənib.

Dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza, oğlu Şəmistan və onun arvadı Təhminə yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.

Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Hazırda zəhərlənənlərin vəziyyəti necədir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

“07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr