BƏRDƏ, 8 dekabr. TELEQRAF
Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.