AZ

Vüsal oynadı, komandası səfərdə sevindi

Albaniya Superliqasında 15-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” növbəti matçına çıxıb. 

Sözügedən komanda səfərdə “Tirana” ilə qarşılaşıb. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Həmyerlimizin meydanı tərk etməsindən sonra matçda başqa qol olmayıb.

"Partizani" hazırda 20 xalla 6-cı pillədə qərarlaşıb. 

Seçilən
27
2
fanat.az

4Mənbələr