AZ

Latviya sərhədini qeyri-qanunu keçmək istəyən miqrantlar saxlanılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Latviya sərhədçiləri Belarusdan ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən 8 miqrantı geri qaytarıb.

Bu barədə AZƏRTAC Litvanın ELTA informasiya agentliyinə istinadla xəbər verir.

Agentliyin digər məlumatına görə, Litva zabitləri də il ərzində əcnəbi vətəndaşların Belarusdan qeyri-qanuni keçmək istəyən 1608 miqrantın qarşısını alıblar. 2024-cü il üçün ümumi rəqəm 1002 olub.

2021-ci ildən bəri Litva 24,5 mindən çox qeyri-qanuni sərhədi keçmə cəhdinin qarşısını alıb.

 

 

Seçilən
9
2
azertag.az

3Mənbələr