Bakı. Trend:
Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalıdır.
Trend xəbərverir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli MilliMəclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası:Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransdaçıxışı zamanı deyib.
Akademik bildirib ki, komissiyanın fəaliyyətiaktivləşdirilməlidir:
“AMEA-nın da yaxından iştirakı ilə televiziyalarda Azərbaycandilinin işlədilməsi yeni formatda yenidən təşkil edilməlidir.Burada ziyalalılarımız, eyni zamanda AMEA elmi əsaslara söykənənplatformanı xalqımıza çatdırmalıdır”.