AZ

Naməlum uçan aparat Niderlandı buna VADAR ETDİ

Hava məkanında naməlum pilotsuz uçan aparat peyda olduqdan sonra Niderland havaya iki F-35 qırıcı təyyarə qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə "RBK-NOS" məlumat yayıb.

Məlumata görə, naməlum obyektlə bağlı xəbərdarlığa reaksiya verən döyüş təyyarələri Volkel aviabazasına qayıdıb. Naməlum obyektin təhlükə yaratmayan pilotsuz təyyarə olduğu müəyyən edilib. Onun mənşəyi hələ də məlum deyil.

Niderlandın hava məkanına daxil olan pilotsuz təyyarə ilə aviadispetçerlərin əlaqə yarada bilmədiyi vurğulanır.

Qeyd edilib ki, obyekt hava hərəkətinə maneə törətmədiyinə görə, uçuşlara məhdudiyyətlər qoymağa ehtiyac olmayıb. Pilotsuz təyyarə bütün identifikasiya kanallarına məhəl qoymayıb, lakin qısa bir təqibdən sonra ölkənin hava məkanını tərk edib.

Seçilən
56
publika.az

1Mənbələr