AZ

bp: Azərbaycanda iqtisadi aktivlik daha da artacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Cari 2025-ci ilin yanvar-sentyabr aylarında bp şirkəti 170 milyon dollar dəyərində 6 min 250 idxal əməliyyatı həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən 2024-cü ildə idxal-ixrac əməliyyatını həcmi 130 milyon dollar olub.

“Bu artım onu göstərir ki, illər keçdikcə fəaliyyətdə kifayət qədər genişlənmələr, yeni layihələr meydana çıxır və həyata keçirilir, idxal-ixrac əməliyyatları daha aktiv formada reallaşır ve heç bir şəkildə azalmır. Azərbaycanda iqtisadi aktivlik gələcək illərdə daha da artacaq”, - deyə B. Aslanbəyli əlavə edib.

Seçilən
130
2
azertag.az

3Mənbələr