AZ

“Napoli” 38 illik rekordu təkrarladı

“Napoli” 38 ildən sonra rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, Antonio Kontenin baş məşqçisi olduğu kollektiv 2025-ci ildə İtaliya A Seriyasında keçirdiyi ev matçlarını məğlubiyyətsiz başa vurub.

Komanda son olaraq XIV turda “Yuventus”u 2:1 hesabı ilə üstələyib.

Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub. Son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

Qeyd edək ki, “Napoli” hazırda 31 xalla İtaliya A Seriyasında liderdir.

Seçilən
87
1
msport.az

2Mənbələr