AZ

İrandan çıxarılan əfqanların sayı 1,8 milyonu keçib

Bakı. Trend:

21 martdan bəri İrandan çıxarılan Əfqanıstan vətəndaşlarınınsayı 1,8 milyon nəfəri keçib.

Trend-inməlumatına görə, bunu İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanvilayəti valisinin müavini Əmrulla Şəməqdəri yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, əfqanların bir hissəsi Rəzəvi Xorasanvilayətindən, digər bir hissəsi isə ölkənin 11 vilayətindənçıxarılıb. Əfqanıstan vətəndaşları Rəzəvi Xorasan vilayətindəyerləşən Doğarun sərhəd-keçid məntəqəsi vasitəsi ilə ölkəni tərkediblər.

Valilik rəsmisi bildirib ki, İran əleyhinə 12 günlük müharibədənsonra ölkədən çıxan əfqanların sayında ciddi artım müşahidəolunurdu. Lakin son aylarda bu tendensiyada bir sabitlik müşahidəolunur və ciddi şəkildə azalma qeydə alınıb.

Şəməqdəri qeyd edib ki, Əfqanıstan vətəndaşlarının kütləvişəkildə ölkəni tərk etməsinin işçi qüvvəsi çatışmazlığı yaradacağıdüşünülsə də, rəsmi statistikalar bu təsəvvürün düzgün olmadığınıtəsdiqləyir. Əfqanıstan vətəndaşlarının ölkədən çıxışının əməkbazarı, şəhər xidmətləri və s. sektorlarda təsiri 10%-dək olub. Buisə ciddi dəyişiklik hesab edilmir.

Məqalədə:
Seçilən
101
az.trend.az

1Mənbələr