AZ

Türkiyə ordusu üç istiqamətdən bu ölkəyə girdi

Sosial şəbəkələrdə yayılan iddialar görə, Türkiyə ordusu Afrin, Ras əl-Ayn və şimali Hələb istiqamətindən Suriyaya daxil olub.

Publika.az xəbər verir ki, Türkiyə ordusunun Mənbicə doğru hərəkət etdiyi iddia olunub.

Hadisələr SDF-nin Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Suriyanın keçid hökumətinə inteqrasiyası ilə bağlı gərginliyin artması fonunda baş verir. Türkiyə rəsmiləri dəfələrlə Ankaranın PKK ilə əlaqəli hesab etdiyi yüksək vəzifəli YPG liderlərini heç bir hökumət rolunda qəbul etməyəcəklərini və SDF sıralarından qeyri-suriyalı döyüşçülərin çıxarılmasını tələb edəcəklərini bildiriblər.

"Suriya hökuməti daxilində yüksək vəzifəli YPG liderlərinin təyinatını qətiyyən qəbul etməyəcəyik. Kürd qüvvələri bir təşkilat kimi dağılmalı və fərd olaraq orduya inteqrasiya olunmalıdır", - Türkiyə təhlükəsizlik mənbələri vurğulayıblar.

Hazırda bölgədə ordunun yerləşdirilməsinin məqsədi və növbəti mərhələdə hansı əməliyyatların planlaşdırıldığı barədə rəsmi açıqlama yoxdur.

Seçilən
101
publika.az

1Mənbələr