AZ

Zelenski bu gün Londona səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin katibi Pat MakFadden məlumat yayıb.

Bildirilib ki, Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə görüşəcək.

MakFadden bildirib ki, danışıqların prinsipi Ukraynanın öz gələcəyini müstəqil həll etmək imkanı olacaq.

O qeyd edib ki, bu, müharibənin ədalətli sonu ilə yanaşı, Ukrayna üçün gələcəkdə təhlükəsizlik təminatları deməkdir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
160
missiya.az

1Mənbələr