AZ

Niderland naməlum drona görə qırıcıları havaya qaldırıb

Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki F-35 qırıcısı naməlum pilotsuz uçan aparatın qarşısını almaq üçün havaya qalxıb.

Herbiand.az bildirir ki, bu barədə Niderland Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlik obyektin aviadispetçerlər və transponderlə əlaqənin təmin edilməli olduğu yüksəkliyə qədər qalxdığını, lakin heç bir siqnal ötürmədiyini açıqlayıb. Pilotsuz təyyarə tezliklə Niderlandın hava məkanını tərk edib. Onun birbaşa təhlükə yaratmadığı qeyd edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
52
herbiand.az

1Mənbələr