Belaruslu işdən çıxarıldığı üçün qisas məqsədilə 2 ton piy oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb. 22 yaşlı gənc keçmiş müdirinə zərər vurmaq istəyib, lakin polis işə qarışıb.
Məlumata əsasən, Mogilyov rayonunda 25 yaşlı sahibkar xüsusilə külli miqdarda oğurluqla bağlı polisə müraciət edib.
Sahibkar bu günlərdə 22 yaşlı tanışını işdən azad edib, həmin şəxs isə buna görə qisas almaq qərarına gəlib.
İşdən çıxarılan gənc şəxsi əşyalarını götürmək bəhanəsi ilə müəssisənin ərazisinə daxil olub və oradan briket halında olan 2 ton piyi (salo) çıxararaq aparıb.
Dəyəri təxminən 800 min rubl (təxm. 17 min 730 man) olan məhsul hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək müsadirə olunub və qanuni sahibinə qaytarılıb.
Xuraman Etibarlı
İnterpress.az