Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, rayonun bir mal-qara təsərrüfatında xəstəliyin müəyyənləşdirilməsindən sonra profilaktik məqsədlə 11 məhəllədə karantin rejimi elan edilib.
Mövcud qaydalara görə, növbəti 30 gün ərzində həmin məhəllələrə iribuynuzlu və xırdabuynuzlu heyvanların gətirilməsi və çıxarılması qadağan olunub. Məhdudiyyətlər xəstəliyin digər ərazilərə yayılmasının qarşısını almağa yönəlib.
Karantinə düşən məhəllələr bunlardır: Ağaclıhöyük, Akyol, Koru, Gökçeler, Ekinnanbarı, Yaka, Güllük, Kıyıkışlacık, Boğaziçi, Dörttepe və Meşelik.
Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İl Müdirliyi bildirir ki, bölgədə geniş profilaktik işlər həyata keçirilir. Hazırkı məlumata əsasən, ümumilikdə 12.763 baş heyvan dabaq (ayaq-ağız) xəstəliyinə qarşı peyvəndlənib, fermalarda dezinfeksiya tədbirləri və digər sanitariya işləri davam etdirilir. (Musavat)
