Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans öz işinə başlayıb.
Ölkə.az xəbər verir ki, konfransı giriş nitqi ilə Milli Məclisin sədri Sahibə Qafarova açıb.
Daha sonra AMEA-nın prezidenti, akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında irəli sürülən çağırışlar və qarşıda duran vəzifələr.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov “Ana dilinin qorunması – milli kimliyin qorumasının əsasıdır”, elm və təhsil naziri Emin Əmirullayev “Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi” mövzusunda çıxış edəcəklər.
Tədbirdə digər şəxslər də söz alacaqlar.
Mürtəza