Bakı. Trend:
"Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikintisi üzrə işləruğurla davam etdirilir.
Trend xəbərverir ki, bunu bp-nin Xəzər regionunda kommunikasiya və xariciəlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən"Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə deyib.
"bp artıq Azərbaycanda müvafiq neft-qaz sahəsindəoperatorluğunun 30-cu ilindədir. Bu dövr ərzində əməliyyatlarımızkifayət qədər aktiv şəkildə həyata keçirilir. Bu ilin 9 ayı üzrənəticələr ondan ibarətdir ki, biz 6 250 idxal əməliyyatı həyatakeçirmişik və bu əməliyyatların ümumi dəyəri 170 milyon ABŞ dollarıcivarında olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 40 milyon dollar artım qeydə alınıb", - obildirib.
"Yeni layihələrimizdən olan "Şəfəq" üzrə də idxal-ixracəməliyyatlarının həyata keçirilməsində gömrük orqanları iləyaxından fəaliyyətimiz mövcuddur. Məhz gömrük orqanlarının yaxındandəstəyi ilə bu layihə üzrə panellərin təxminən 20%-i artıq Cəbrayılrayonu ərazisindədir. Artıq qısa müddət ərzində Cəbrayıl rayonuərazisində olan "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisinəbaşlanılacaq", - B. Aslanbəyli vurğulayıb.