Alimlər 30 ildən sonra ilk dəfə saç tökülməsinə qarşı dərman yaradıblar.
AzPost bildirir ki, “Cosmo Pharmaceuticals” şirkətinin tərtibatçılarına görə, məhsul saçların uzanmasını beş dəfədən çox – 539% sürətləndirə bilər.
Dərman iynə tələb etmir və birbaşa baş dərisinə yaxılır. Hazırda AB və ABŞ-da təsdiqlənmə mərhələsindədir. Dərmanın 2027-ci ildə bazara çıxarılması gözlənilir.